Azərbaycanın alternativ və bərpa olunan enerji potensialı böyükdür
“Azərbaycanın yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi və iqlimi alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Artıq bu istiqamətdə ölkəmizdə genişmiqyaslı iş aparılır və müsbət nəticə də ortada var. Bir neçə gün öncə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında açıqlandı ki, ötən il istehsal olunan enerjinin 1,2 faizi bərpa olunan enerji mənbələrindən əldə olunub. Belə ki, bərpa olunan enerji mənbələri hesabına 339,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Onun da 91,5 milyon kilovat/saatı külək, 55,2 milyon kilovat/saatı günəş, qalan 193,2 milyon kilovat/saatı isə bioenerji mənbələrinin payına düşüb. Statistika göstərir ki, artıq bu sahədə müsbət dinamika var və yaxın gələcəkdə ölkəmizin enerji təchizatında alternativ enerji mənbələri mühüm rola malik olacaq”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.“Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə olunması ətraf mühütün çirklənməsinin qarşısının alınmasına və ənənəvi enerji mənbələrindən qənaətlə istifadəyə gətirib çıxarır. Ekoloji təmizliyi, tükənməzliyi, həmçinin kiçik ərazidə belə tətbiq imkanı olduğundan külək enerjisi digər enerji mənbələrindən daha əlverişli hesab olunur. Bu enerjini istehsal etmək üçün ölkəmizin təbii potensialı da böyükdür. Belə ki, Abşeron yarımadasında və Xəzərboyu ərazilərdə küləkli günlərin çox olması külək enerjisi istehsalına əlverişli şərait yaradır. Həmçinin Azərbaycanda ildə 300 günəşli günün olmasını nəzərə alsaq, burada Günəş enerjisinin inkişafı da, sözsüz ki, perspektivlidir”, – Milli Məclisin deputatı deyib.Onun sözlərinə görə, bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, martın 15-də isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməllərinin qoyulması ölkəmizdə bu istiqamətdə aparılan işlərin geniş miqyasını göstərir. Hər iki tədbirədə – təməlqoyma mərasimində bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin iştirak etməsi, layihələrin əhəmiyyəti barədə nitq söyləməsi onun bu sahəyə dəstəyinin və inkişafına marağının təzahürüdür. Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev dünyanın aparıcı enerji şirkətlərinin Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlı olmasından bəhs etdi. Xüsusilə qeyd edim ki, Buna ölkəmizdə mövcud olan təbii imkanlarla yanaşı, həm də əlverişli investisiya mühiti də münbit şərait yaradır. Artıq Azərbaycan etibarlı tərəfdaş kimi özünü bütün dünyada təsdiqləyib. Bu da xarici şirkətlərin ölkəmizə olan marağını durmadan artırır”.S.Möhbalıyev əlavə edib ki, Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ölkəmizin enerji təhlükəsizliyində mühüm layihə olmaqla, həmçinin məşğulluğun artmasında, sahə üzrə ixtisaslı kadrların yetişməsində, karbohidrogen ehtiyatlarına qənaət olunmasında böyük əhəmiyyət daşıyacaq. Bildirib ki, dəyəri 225 milyon ABŞ dolları olan layihənin illik 500 milyon kVt/saat elektrik enerjisi istehsal etməsi nəticəsində ölkəmizdə 110 milyon kubmetr qaza qənaət yaranacaq və 200 min tondan artıq karbon emissiyasının atmosferə buraxılmasının qarşısı alınmış olacaq, təbii ki, bu da müsbət tendensiyadır. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
17.03.2022
AHİK daha 4 mindən çox ailəyə sovqat göndərib
Hər bir vətəndaşın qayğısına qalmaq, qarşılaşdıqları problemləri aradan qaldırmaq, xüsusən şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı aillərərə diqqət göstərmək, onlara maddi və mənəvi dəstək olmaq dövlətimizin başçısı cənab İlham Əliyevin daxili siyasət kursunun ana xəttini təşkil edir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm işlər görülür.Dövlət qurumları ilə yanaşı, ölkəmizin aparıcı ictimai təşkilatları da bu tipli humanist layihələrə dəstək verir, həmin kateqoriyadan olan insanlara qayğı göstərilir.Bu istiqamətdə Heydər Əliyev Fondunun bütün fəaliyyəti bir nümunədir. Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə hər zaman, o cümlədən bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil olunur.Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də yenə həmin sayda – 76 şəhər və rayonda yaşayan 3 900, ötən il mayın 8-də 76 şəhər və rayonu əhatə edən 4 000 və Naxçıvan Muxtar Respublikasında yaşayan 1 000 şəhid və qazi ailələrinə, pandemiyadan zərərçəkənlərə, aztəminatlı ailələrə sovqatlar paylanılmışdır.Bu nəcib ənənənin davamı olaraq AHİK İcraiyyə Komitəsinin 4 Mart 2022-ci il tarixli qərarına əsasən, martın 16-da Novruz bayramı münasibətilə respublikanın 76 rayonunda yaşayan 4 065 aztəminatlı ailəyə ərzaq dolu maşın karvanı yola salınıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına bu məqsəd üçün 50 000 manat məbləğində vəsait köçürülüb.Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını, bundan başqa, aztəminatlı ailələri hər zaman diqqətində saxlayır, imkanları daxilində heç bir köməyi onlardan əsirgəmir: “Biz istər Pandemiya, istərsə də Vətən müharibəsi və ondan sonrakı dövrlərdə həssas əhali qruplarına müxtəlif yardımlar etmişik. Bu işdə sahə həmkarlar ittifaqları da aktivdir. Bütün əlamətdar günlərdə onlara lazımi köməkliklər göstərilir. Biz həmçinin şəhid ailələrinin, onların övladlarının problemləri ilə daim maraqlanır, demək olar ki, imkanımız daxilində onlara hər cür dəstəyi verməyə çalışırıq. Şəhidlərin ailələrinə baş çəkilir, hədiyyələr təqdim olunur və belə tədbirlərimiz mütəmadi xarakter daşıyır”.S.Möhbalıyev qeyd edib ki, şəhid övladları da həmkarlar ittifaqları tərəfindən himayəyə götürülür: “Biz indiyə kimi 172 şəhidin 286 övladını himayəyə götürmüşük. Hər ay onların hesabına pul köçürülür. Düzdür, onlar dövlətimiz tərəfindən hərtərəfli himayə olunur, amma biz də – ictimai təşkilatlar da onlara hər cür dəstəyi göstərməliyik. Həmçinin həmkarlar ittifaqları üzvləri ilə yanaşı, şəhid ailələrini, qaziləri yollayışlarla da təmin edir. Onların istirahətləri, müalicələri üçün istirahət mərkəzlərinə, sanatoriyalara yollayışlar veririk”.AHİK sədri vurğulayıb ki, “YAŞAT” Fonduna da yardımlar edirik: “AHİK-in İcraiyyə Komitəsinin martın 4-də keçirilən iclasında qərara alındı ki, daha 50 min manat “YAŞAT” Fondunun hesabına köçürülsün və bunula da ümumilkdə 658 870 manat Fondun hesabına köçürmüşük. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpasına da yardımlar edirik. İcraiyyə Komitəsinin son iclasında Qarabağ Dirçəliş Fonduna da daha 50 min manatın köçürülməsi ilə bağlı qərar qəbul olundu. Bununla da Fonda ümumilikdə köçürülən məbləğ 650 000 manat təşkil edir. Bu gün dövlətimizin əsas işlərindən biri də məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bilirsiniz ki, hazırda Şərqi Zəngəzurda və Qarabağda sürətli şəkildə abadlıq-quruculuq işləri aparılır. Artıq bəzi layihələr yekunlaşıb. İnanırıq ki, yaxın zamanlarda həmin ərazilər cənnəti xatırladacaq və sakinlər, dövlətimizin başçısı cənab İlham Əliyevin sözləri ilə desək, o ərazilərdə əbədi xoşbəxt yaşayacaqlar”.Milli Məclisin deputatı əlavə edib ki, bu tipli humanist layihələrimizi bundan sonra da davam etdirəcəyik.1-4.jpg 172.42 KB2-4.jpg 182.27 KB3-3 (1).jpg 116.07 KB4-3.jpg 182.97 KB5-2.jpg 163.72 KB6-1.jpg 215.04 KB
16.03.2022
ATİAHİ Respublika Komitəsi ölkə ərazisindəki qaçqın və köçkün məktəblərinin şagirdlərinə bayram sovqatları göndərib
Novruz bayramı ərəfəsində, ənənəsinə sadiq qalaraq, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi xeyirxahlıq aksiyaları həyata keçirməkdədir. Belə aksiyalardan biri də ölkə ərazisindəki qaçqın və köçkün məktəblərinin şagirdlərinə bayram sovqatlarının paylanmasıdır. Respublika Komitəsi bu məqsədlə 10 min sovqat dəsti hazırlayıb Bakıdakı və bölgələrdəki məktəblərə göndərmişdir. Bölgələrdə hədiyyələrin paylanması rayon həmkarlar ittifaqı komitələrinə həvalə olunmuşdur. Alınan məlumatlara görə, artıq əksər məktəblərdə sovqatlar şagirdlərə çatdırılmışdır.Sovqatların bir qismi isə paytaxtdakı qaçqın məktəblərində paylanır. Martın 15-də Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və şöbə müdiri Rüstəm Nəzirov Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən Füzuli rayon 50 saylı ümumtəhsil tam orta məktəbində olmuşlar. Sovqatlar müəllimlərin və sahə Hİ Qaradağ Rayon Komitəsinin sədri Əli Sadıqovun iştirakı ilə təntənəli şəkildə şagirdlərə təqdim olunmuşdur. Tədbirdə çıxış edən Mirzə Cəfərzadə müəllim kollektivini, şagirdləri qarşıdan gələn bayram münasibətilə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin adından təbrik etmiş, onun xoş arzularını çatdırmışdır. Üzünü şagirdlərə tutaraq demişdir ki, siz xoşbəxt uşaqlarsınız. Siz valideynlərinizdən fərqli olaraq işğala məruz qalmış torpaqların xiffəti ilə deyil, azad edilmiş cənnət Qarabağın sevinci ilə yaşayan nəslin nümayəndələrisiniz. Siz 44 günlük Vətən müharibəsinin qürurunu yaşadınız. Atalarınızın, böyük qardaşlarınızın şücaətinin canlı şahidi oldunuz. Siz bu müharibədən çox şey öyrəndiniz. Bildiniz ki, qəhrəman xalqın övladlarısınız. Bildiniz ki, qəhrəmanlığın mayasında xalqın birliyi, həmrəyliyi durur. Xalq ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Bu birlik dəmir yumruğa çevrildi. Həmin dəmir yumruğun qarşısında Ermənistanın ordusu, hakimiyyəti, havadarları tab gətirə bilmədilər, məğlubiyyətə uğradılar. Bu qələbə sizə, valideynlərinizə soykökünüzün, əcdadlarınızın minillər boyu yaşadığı doğma torpaqlara qayıdışına yol açdı. İnşallah, yaxın vaxtlarda siz təhsilinizi Qarabağda davam etdirəcəksiniz. Biz orada da bayram hədiyyələrimizlə sizin qonağınız olacağıq.Məktəbin direktoru Günel Kazımova bu diqqət və xeyirxah aksiyaya görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə, onun sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürünü bildirdi. Dedi ki, hədiyyələr üçün sağ olun - amma, özünüz də gördünüz, hədiyyələrdən daha çox şagirdlərimizi təşkilatınızın sayğısı sevindirdi. Açığı, etiraf edim ki, respublikamızda xoş gündə, ağır məqamlarda xalqın yanında olan, xalqa, xüsusilə həssas təbəqələrə dəstək göstərən ictimai təşkilatlar arasında həmkarlar ittifaqı xüsusi yer tutur. Pandemiya dövründə, Vətən müharibəsi günlərində hansı köməkləri göstərdiyinizi xalq yaxşı bilir və qiymətləndirir. Elə bu məktəblilər də bunu öz timsallarında bildilər. Bu xeyirxahlıq, yəqin ki, onların yaddaşına əbədi həkk olundu. Böyüyəndə, əmək fəaliyyətinə başlayanda, çox güman ki, həmkarlar ittifaqının üzvü, təbliğatçıları və təəssübkeşləri olacaqlar.Gətirilmiş Novruz sovqatları tədbirin sonunda şagirdlərə verildi.Respublika Komitəsi də görüşdən hədiyyəsiz qayıtmadı: şagirdlər onları bir ürəkdolusu təbəssümlə, sevinclə yola saldılar.
15.03.2022
Azərbaycan həmkarlar ittifaqları “YAŞAT” Fonduna 658 870 manat vəsait köçürüb
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.Böyük humanitar missiyanı özündə ehtiva edən Fonda könüllü ödəmələr dayanmadan davam edir. Bu, cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.Azərbaycan həmkarlar ittifaqları da Fondun hesabına ianələr edirlər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları tərəfindən müxtəlif vaxtlarda Fondun hesabına 608 870 manat vəsait köçürülüb.Bu işlərin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin 4 mart 2022-ci il qərarı ilə daha 50 000 manat vəsait Fondun hesabına köçürülüb.
14.03.2022
Avropa Parlamentinin qətnaməsi heç kimdə şübhə doğurmayacaq qədər böhtandır
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli Azərbaycanın işğaldan azad etdiyi ərazilərində “ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması” ilə bağlı böhtan xarakterli qətnaməsinə dair bəyanat yayıb.Bəyanatda deyilir:“Avropa Parlamentinin Şərqi Zəngəzurda və Qarabağda “ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması”ndan bəhs edən qətnaməsi acı gülüş və təəssüf doğurur. Heç bir araşdırma aparmadan, faktlara istinad etmədən, yalnız ermənilərin səsləndirdikləri sərsəm fikirlər əsasında hazırlanan bu yersiz qətnamə heç kimdə şübhə doğurmayacaq qədər böhtandır. İlk növbədə, ona görə ki, ermənilər bu ərazilərə sonradan köçürüldükləri üçün onların burada nə qədim tarixi, nə də dərin mədəni irsi var. Ümumiyyətlə, dövlət yaradıb bu gün mövcud olduqları ərazilər də Azərbaycan torpaqlarıdır.Təkcə XX əsrdə ermənilərin etdiyi vəhşiliklərə və vandal aktlarına nəzər yetirmək kifayət edir ki, onların əsl xarakteri ortaya çıxsın. 1905-1907-ci və 1918-1920-ci illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, yüzlərlə yaşayış məntəqəsi və tarixi-mədəni abidələr dağıdılıb yerlə yeksan edilmişdir. Bu cür çirkin və dağdıcı, nifaq dolu əməllərin sahibi olan ermənilər və onların iftiralarına boyun əyən beynəlxalq qurumlar tolerantlıq mərkəzi olan Azərbaycanı nədən ittiham etməyə çalışır!?1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə daha 250 min azərbaycanlı Ermənistan ərazisindəki öz doğma yurdundan qovuldu. Onların mülki və təsərrüfat obyektləri talan edildi, məscidlər, dini və tarixi abidələr məhv edildi, Ermənistan monoetnik dövlətə çevrildi. Görəsən, bütün bu baş verənlər Avropa Parlamentini niyə düşündürmür!? Nə üçün maraqlanmırlar ki, həmin ərazilərdən qovulmuş azərbaycanlıların sahib olduqları mədəni irsin taleyi necə oldu!? Təbii ki, bu, hamıya yaxşı məlum olan ikili standartların, qərəzli yanaşmanın təzahürüdür.Heç də uzağa getməyək, son 30 ilə nəzər salaq. Dünyanın, o cümlədən demokratik dəyərlərdən və insan haqlarından yerli-yersiz söz açan, bu anlayışları “patentləşdirən” Avropanın gözü qarşısında xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etdilər, dinc əhali amansızcasına qətlə yetirildi, Xocalıda bəşəriyyətin ən qanlı hadisələrindən biri törədildi, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu.İşğal zamanı həmin ərazilərdə nəinki Azərbaycana məxsus məscidlər, dini, tarixi, mədəni abidələr, hətta iş o yerə çatdı ki, hər şeyi məhv etdikdən sonra təbiətə ziyan vurmağa, ekologiyanı korlamağa əl atdılar. Deyilənləri görmək üçün sadəcə işğaldan azad olunmuş ərazilərə səfər etmək kifayətdir. Hansı ki, bütün xarici jurnalistlər və diplomatlar üçün bu şərait yaradılıb və dəfələrlə səfərlər təşkil olunub. Bəs niyə Avropa Parlamenti fakt və sübut olmadığı halda “erməni mədəni irisinin məhv edilməsi”ndən bu qədər narahatdır, özü də Azərbaycan ərazisində, amma erməni vəhşiliyi ortada ola-ola bununla bağlı heç bir səs çıxarmır. Məgər görmürlərmi ki, vaxtı ilə böyük şəhərlər olmuş Ağdamda, Füzulidə, Cəbrayılda, ümumiyyətlə, canlı aləmin yaşaması üçün hər şey yox edilib.Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal edilərkən 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Bu gün onların hansı vəziyyətdə olduğu hamıya məlumdur. Həmçinin Şərqi Zəngəzurda və Qarabağda 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilər müsəlmanları təhqir etmək üçün məscidlərdə dönuz, inək saxlayırdılar. Bunu təsdiq edən foto və videolar da mövcuddur.Ermənilər tərəfindən törədilən bütün bu vandallıq əməlləri hamılıqla qəbul edilmiş beynəlxalq hüququn prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Qeyd olunan faktları araşdırıb əldə etmək beynəlxalq qurumlar üçün o qədər də çətin deyil, nəinki erməni yalanlarına istinad edərək nüfuzuna xələl gətirəcək qətnamələr qəbul etmək.AHİK-in İcraiyyə Komitəsi olaraq bir daha bəyan edirik ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi. Bir sözlə, ədalət zəfər çaldı.Həmin ərazilərə yenidən həyat qayıdır, 30 il dünyanın gözü qarşısında hüquqları tapdanmış bir milyondan çox məcburi köçkünün hüquqları bərpa edilir. Sadalananlar göstərir ki, Azərbaycanın bu tarixi missiyası beynəlxalq və regional təşkilatlar tərəfindən də alqışlanmalıdır.İşğala son qoyulduqdan dərhal sonra Azərbaycan həmin ərazilərində erməni vandallarından fərqli olaraq, abadlıq-quruculuq işləri ilə məşğuldur. Bu çərçivədə dini, mədəni abidələrin, o cümlədən xristian irsinə mənsub abidələrin də bərpası istiqamətində fəal iş aparılır.Təbii ki, Avropa Parlamenti bilməmiş deyil ki, Azərbaycan bütün mədəniyyətlərin, dinlərin, xalqların nümayəndələrinin birgə dinc şəkildə, mehriban və xoşbəxt yaşadığı multikultural və tolerant ölkədir. Mənşəyindən asılı olmayaraq, bütün mədəni irs dövlət səviyyəsində qorunur. Məhz buna görə də Avropa Parlamentini kiminsə yalan və böhtan xarakterli iddiaları səbəbindən əndişəyə düşməməyə, həqiqəti araşdırmağa və reallıqları dərk etməyə çağırırıq. Yalnız bu zaman Azərbaycanın sülh və təhlükəsizlik naminə bölgəyə gətirdiyi reallıqları aydın şəkildə görmək olar. Əks təqdirdə, bu tipli qətnamələr sabitliyi poza, sülh istiqamətində aparılan işlərə xələl gətirə bilər.Bir daha Avropa Parlamentinin faktlardan uzaq, reallıqları əks etdirməyən, qeyri-obyektiv qətnaməsini şiddətlə qınayır, qurumu ədalətli mövqe tutmağa, buraxdığı səhvi aradan qaldırmağa və gələcəkdə belə hallara yol verməməyə çağırırıq”.AHİK-in üzv təşkilatlarıNaxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası“Metal-iş” Həmkarlar İttifaqı FederasiyasıAviasiya İşçiləri Həmkarlar İttifaqıAvtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqıBələdiyyə İşçiləri Həmkarlar İttifaqı“Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı BirliyiDövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqıDəmiryolçuların Müsəqil Həmkarlar İttifaqıDəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqıElektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqıMilli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqıFövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqıGömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi“İnşaat-İş” Həmkarlar İttifaqıMüdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqıMədəniyyət İşçiləri Həmkarlar İttifaqıMetropoliten İşçiləri Həmkarlar İttifaqıNeft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqıNəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqıSahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqıSəhiyyə İşçiləri Həmkarlar İttifaqıSu Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqıTəbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqıTəhsil İşçiləri Azad Həmkarlar İttifaqıYerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı
14.03.2022
AHİK Qarabağ Dirçəliş Fonduna 650 min manat vəsait köçürüb
Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini erməni işğalından azad edərək tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biridir.Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb.Fondun dəstəyi ilə mərkəzləşdirilmiş qaydada görülən işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulur, infrastruktur yaradılır, müasir şəhər, qəsəbə və kəndlər salınır.Azərbaycan həmkarlar ittifaqları da Fondun hesabına müxtəlif vaxtlarda ianələr edirlər. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 28 yanvar və 11 mart 2021-ci il tarixli qərarları ilə Fondun hesabına ümumilikdə 600 000 manat köçürülüb.Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işlərinə dəstəyin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin 4 mart 2022-ci il qərarı ilə daha 50 000 manat vəsait Fondun hesabına köçürülüb.
11.03.2022
“Şuşa ili”nə həsr olunmuş mini futbol yarışı keçirilib
Qax rayonunda “Şuşa ili”nə həsr olunmuş mini futbol yarışı keçirilib. ATİAHİ Qax rayon komitəsi və Qax rayon Təhsil Şöbəsinin birgə təşkil etdiyi mini futbol yarışında 6 komanda iştirak edib. Yarışın nəticələrinə görə ilk 3 yeri tutmuş komandalara fəxri diplom və qiymətli hədiyyələr təqdim edilib. Təqdimatda iştirak edən ATİAHİ Qax rayon komitəsinin sədri Təranə Həşimova “Şuşa ili”ndə görüləcək işlərdən danışıb. Bildirib ki, 2022-ci ilin “Şuşa İli” elan olunması həm Şuşamızın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verəcək. Bununla bağlı rayon komitəsi tərəfindən də il ərzində müxtəlif tədbirlər təşkil olunacaq. WhatsApp Image 2022-03-09 at 10.38.40.jpeg 158.83 KBWhatsApp Image 2022-03-09 at 10.38.46.jpeg 151.69 KBWhatsApp Image 2022-03-09 at 10.38.46 (1).jpeg 138.95 KBWhatsApp Image 2022-03-09 at 10.38.47 (1).jpeg 167.55 KB
10.03.2022
Həmkarlar ittifaqlarına olan müraciətlərin 97,9 %-i müsbət həllini tapıb – İcraiyyə Komitəsi
Martın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə “AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2022-ci ilin I yarımilliyi üçün iş planı haqqında”, “Həmkarlar ittifaqı təşkilatlarının 2021-ci il üzrə statistik hesabatı haqqında”, “2021-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və 2022-ci il üçün təhsil planı haqqında”, “2021-ci il ərzində AHİK və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili barədə”, “Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2021- ci ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatlarının əsas göstəriciləri haqqında”, “Azərbaycan həmkarlar ittifaqlarının 2021-ci il üzrə gender statistikası haqqında”, “2021-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının verilməsi barədə”, “Novruz bayramı ilə əlaqədar aztəminatlı ailələrə ərzaq yardımı göstərilməsi barədə”, “YAŞAT Fonduna maliyyə yardımı göstərilməsi barədə” və “Qarabağ Dirçəliş Fonduna pul vəsaitinin ayrılması haqqında” məsələlərin daxil edildiyi barədə məlumat verib.Müzakirələrdən öncə S.Möhbalıyev qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin bütün xanımlarını, o cümlədən Azərbaycan həmkarlar ittifaqlarının qadın üzvlərini təbrik edib, onlara möhkəm cansağlığı, səadət və gələcək işlərində uğurlar diləyib. Bildirib ki, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularımı çatdırıram.Sonra gündəliyə çıxarılan məsələlərin müzakirəsinə başlanılıb. “2021-ci il ərzində AHİK və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili barədə” məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Azərbaycan həmkarlar ittifaqları aparatlarına 2021-ci ildə həmkarlar ittifaqı üzvlərindən 143 834 ərizə və şikayət, o cümlədən elektron poçt vasitəsilə 1 093 müraciət daxil olub. Onlardan 97,9 %-i müsbət həll edilib.Bildirilib ki, ötən il 124 həmkarlar ittifaqı üzvü AHİK-in rəhbərləri tərəfindən qəbul edilib ki, onun da 65 nəfəri sədrin qəbulunda olub və qaldırdıqları məsələlər öz müsbət həllini tapıb.Ümumiyyətlə, 2021-ci il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olan ərizə və şikayətlərin arasından işə bərpa ilə əlaqədar həmkarlar ittifaqına 297 müraciət daxil olub, onlardan 193-ü və ya 65,0 %-i müsbət həll olunub.İttifaq üzvlərinin müraciətlərinə göstərilən diqqət və qayğıya görə AHİK-in ünvanına 27 təşəkkür məktubu ünvanlanıb.İclasda qəbul olunmuş qərarla üzv təşkilatların rəhbərlərinə tövsiyə olunub ki, həmkarlar ittifaqı üzvlərindən daxil olan məktubların obyektiv şəkildə hərtərəfli araşdırılması, faktların təsdiqi müqabilində qaldırılan məsələlərin həllinə köməklik göstərilməsi, şikayətçilərin məlumatlandırılması ilə əlaqədar müvafiq şöbə və ya mütəxəssislərin vəzifə məsuliyyətlərinin artırılması, təkrar müraciətlərin səbəblərinin aydınlaşdırılması məsələlərinə nəzarət gücləndirilsin.“Həmkarlar ittifaqı təşkilatlarının 2021-ci il üzrə statistik hesabatı haqqında” məsələ ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Konfederasiyaya üzv olan 27 təşkilatda 15 039 həmkarlar ittifaqı təşkilatı, o cümlədən 62 birləşmiş və 501 şəhər, rayon komitələri fəaliyyət göstərir. 2020-ci illə müqayisədə həmkarlar ittifaqı sıralarına cəlb edilən tələbələrin sayı 5,1 % artmaqla həmkarlar ittifaqı üzvlərinin ümumi sayı da 0,9% artıb. Həmkarlar ittifaqı üzvlərinin sayı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqında 3,9 %, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqında 3,0 %, “Azərsu” Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqında 2,7 %, Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqında 2,5 %, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasında 0,5 % artıb. Üzvlərin sayı 15 nəfərə qədər olan təşkilatların sayında da 0,4 % artım var. Respublikada kiçik və orta sahibkarlıq, xarici və birgə müəssisələrdə ötən il ərzində həmkarlar ittifaqı təşkilatlarının sayında 0,5 % azalma müşahidə olsa da, həmkarlar ittifaqı üzvlərinin sayı 2,6% artıb.Qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Orada həmkarlar ittifaqı üzvlərinin sayı 3304 olub. Bu da yeni yaradılan təşkilatların sayının ötən illə müqayisədə 4, üzvlərinin sayında isə 7 dəfə artım deməkdir. Ötən il ərzində üzv təşkilatlar tərəfindən yeni yaradılmış 107 həmkarlar ittifaqı təşkilatında 13 808 nəfər həmkarlar ittifaqı sıralarına qatılmış və nəticədə orada üzvlüyə cəlb olunanların sayı əvvəlki ilə nisbətən 2,5 dəfə artıb.Bildirilib ki, həmkarlar ittifaqı üzvü olan qadınların sayı 1,6 % artıb və üzvlərin ümumi sayının 52,3 %-ni təşkil edir. Gənclərin sayı da 0,5 % artıb. Ötən il işəgötürənlərlə 123 saziş, 1 1806 kollektiv müqavilə bağlanıb. Müqavilə bağlayan həmkarlar ittifaqı təşkilatlarının sayı əvvəlki ilə nisbətən 0,7 %, müqavilələrlə əhatə olunan üzvlərin sayı isə 4,1 % artıb.“2021-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının verilməsi barədə” məsələyə baxılarkən bildirilib ki, AHİK İcraiyyə Komitəsinin qərarı ilə 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib və indiyə kimi 87-si qadın olmaqla 369 nəfər gənc “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.İcraiyyə Komitəsinin budəfəki qərarı ilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş daha 58 gənc bu fəxri adı alıb.Həmçinin YAŞAT Fonduna 50 000 manat, Qarabağ Dirçəliş Fonduna 50 000 manat vəsait köçürülməsi, bundan başqa, Respublikanın 76 rayonunda yaşayan 4015 aztəminatlı ailəyə ərzaq bağlamalarının paylanması, eyni zamanda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına eyni məqsədlər üçün 50 000 manat vəsaitin köçürülməsi barədə İcraiyyə Komitəsi müvafiq qərarlar qəbul edib.Gündəliyə daxil edilmiş “2021-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və 2022-ci il üçün təhsil planı haqqında” məsələnin müzakirəsi zamanı bildirilib ki, 2021-ci ildə Əmək və Sosial Münasibətlər Akademiyasının rektorluğu Konfederasiyanın üzv təşkilatları ilə birgə həmkarlar ittifaqları kadr və fəallarının təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirib. Ötən ilin sentyabr-noyabr ayları ərzində 254 nəfər kurslarda iştirak edib.2021-2022-ci ilərlin təsdiq edilmiş təhsil planına əsasən, həmkarlar ittifaqlarının 830 nəfər fəalının Akademiyanın kurslarında onlayn təhsilə cəlb olunması nəzərdə tutulub.Pandemiya ilə əlaqədar olaraq, 2021-2022-ci illər üçün həmkarlar ittifaqı kadr və fəallarının təhsil planı mərhələlərlə onlayn formatda həyata keçirilir. Belə ki, 2022-ci ildə 578 nəfərin təhsilə cəlb olunması planlaşdırılır. Müzakirələrdən sonra Əmək və Sosial Münasibətlər Akademiyasının 2022-ci il üçün təhsil planı təsdiq edilib.Daha sonra gündəlikdə olan digər məsələlər, o cümlədən cari və təşkilati məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.Sonda AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib.S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.5.jpg 104.78 KB1-1.jpg 119.31 KB2-1.jpg 134.89 KB3.jpg 92.96 KB
04.03.2022
Qarabağ Dirçəliş Fondu AHİK-ə təşəkkür edib
“Hörmətli Səttar müəllim!Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini həyata keçirən publik hüquqi şəxsdir.Xüsusilə vurğulamaq istərdim ki, Fondu yarandığı gündən etibarən minlərlə həmvətənimiz, yüzlərlə şirkət birlik nümayiş etdirərək Qarabağda aparılacaq işlərə dəstək göstərmək məqsədilə quruma ianə edib.Hörmətli Səttar müəllim,Sizin timsalınızda rəhbərlik etdiyiniz quruma Qarabağın dirçəlişi istiqamətində görülən işlərə ianə edərək verdiyiniz töhfəyə görə dərin minnətdarlığımı bildirirəm.İnanıram ki, bu əməkdaşlığımız üçün uğurlu bir başlanğıc olacaq və ölkəmizin rifahı naminə görülən işlərdə aramızda yaranan tərəfdaşlığın daha geniş və uzunmüddətli olacaq.Məlumat üçün bildirmək istərdim ki, növbəti tədbirlərdən birində qurumunuzun adına hazırlanmış xüsusi “İanə Sertifikatı” da fondumuz tərəfindən Sizə təqdim ediləcək.Qeyd olunmalıdır ki, bütün icra etdiyimiz layihələr haqqında hesabatlar mütəmadi olaraq donorlara, eyni zamanda ictimaiyyətə təqdim olunacaq.Diqqətinizə görə təşəkkür edirəm və Sizə dərin hörmətimi bildirirəm!”
04.03.2022
Qax rayon məktəblərində qadınlar bayramı münasibətilə silsilə tədbirlər keçirilib
WhatsApp Image 2022-03-09 at 14.51.12.jpeg 111.31 KBWhatsApp Image 2022-03-09 at 14.51.13.jpeg 115.52 KBWhatsApp Image 2022-03-09 at 14.51.10.jpeg 156.67 KBWhatsApp Image 2022-03-09 at 14.51.16.jpeg 140.65 KBWhatsApp Image 2022-03-09 at 12.01.58.jpeg 88.38 KBWhatsApp Image 2022-03-09 at 11.54.51.jpeg 154.25 KBWhatsApp Image 2022-03-09 at 11.53.59.jpeg 159.4 KBWhatsApp Image 2022-03-09 at 11.55.45.jpeg 170.66 KBATİAHİ Qax rayon komitəsi tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar rayonun ümumtəhsil məktəblərində və uşaq bağçalarında silsilə tədbirlər təşkil olunub.Qadın müəllimlərin iştirak etdiyi tədbirlərdə əsasən ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında qadınlarımızın misilsiz rolundan, müqəddəs ana şərəfini uca tutmasından, mübarizliklərindən, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirmələrindən danışılıb.Keçirilən tədbirlərdə iştirakçılara – qadın müəllimlərə, tərbiyəçilərə, işçilərə müxtəlif qiymətli hədiyyələr paylanılıb.
04.03.2022
ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti Türk Egitim-Senin növbəti Qurultayında iştirak edib
26-27 fevral tarixlərində Türkiyə Cumhuriyyətinin Ankara şəhərində Türk Egitim-Senin 7-ci qrultayı keçirilmişdir. 350 nümayəndənin iştirak etdiyi Qurultayda Türkiyə Cuçhuriyyəti hökumət və partiya mənsubları iştirak etmişdir. Türkiyə müxtəlif içtimai təşkilatlarının nümayəndələrinin də iştirakçısı olduğu Qurultayın açılışında Xocalı faciəsinin 30-cu il dönümü Azərbaycan bayrağı dalğandıralaraq bir dəqiqəlik sükutla anımışdır. Qrultayda təşkilatımızı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil etmişdir. Qeyd edək ki, Türk Egitim-Sen 1992-ci ildə yaradılmış və 250 min ittifaq üzvünü özündə burləşdirir. Türk Egitim-Sen yarım milyondan artıq ittifaq üzvünü özündə birləşdirən Türkiyə Kamu-Senə daxil olan 11 sahə həmkarlar ittifaqı içərisində ən böyüyüdür. Qurultayın aşılışında Türk Egitim-Senin sedri Talip Geylan, Türkiyə Kamu-Senin sədri Önder Kahveçi, MHP sədr müavi Yaşar Yildirim və digərləri çıxış ediblər. Çıxış edənlər öz nitqlərində Xocalı faciəsinin 30-cu ildönümünə də bir daha toxunaraq “Xocalıya ədalət” çağırışı ilə dünyaya səslənmişlər. Tədbirdə həmçinin ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə çıxış edib. Qurultay iştirakçılarını AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin adından salamlayan M.Cəfərzadə qeyd edib ki, ötən illər ərzində Türk Eğitim-Sen və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ikitərəfli əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmişdir. Bundan sonra da iki təşkilat arasında əlaqələrin daha da inkişaf edəcəyindən əminlik ifadə edən sədr müavini Azərbaycan və Türkiyə dövlətləri arasındakı qardaşlıq əlaqələrindən danışıb. O, Azərbaycanın 44 günlük vətən savaşını xatırladaraq bildirib ki, işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək təmənnasız qardaşlığın təntənəsi idi: “Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu haqq davasında Türkiyə başda olmaqla bizə köməklik göstərən bütün türk dilli ölkələrə təşəkkürümüzü bildiririk.İki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi tarixi hadisədir. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə - siyasi, iqtisadi, ideoloji, humanitar və digər sahələrdə davamlı inkişafını təmin edir. Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Respublikalarımızın üzləşdiyi bir çox problemlər var ki, biz bu məsələlərdə bir olmalıyıq”.Qeyd edək ki, Qurultayda Talip Geylan növbəti dəfə Türk Egitim-Senin başqanı seçilib. 14002.jpg 71.13 KB13999.jpg 67.67 KB13993.jpg 59.41 KB13984.jpg 56.04 KB13982.jpg 89.77 KB13973.jpg 75.07 KB14003.jpg 76.93 KB
27.02.2022
Qisas qiyamətə qalmadı
Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u Xocalının intiqamını döyüş meydanında aldı.Əsrin faciəsi kimi tarixə yazılan Xocalı qətliamı qəlblərdə yaşanan ağrı-acı, qaysaqlamayan yaradır. İnsanlığa qarşı amansız soyqırımı və bir gecədə məhv edilən şəhərdir – Xocalı…Bəşər tarixinin ən dəhşətli qətliamlarından biri hesab olunan bu faciənin yükünü illərdir sinəmizdə daşıyırıq. Fevralın 26-da hamılıqla birləşib hər yana səs salırıq, günahsız körpələrin haqq səsini, ruhların harayını dünyaya yayırıq. İstədiyimiz tək ədalətdir, Xocalıya ədalət!Bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi.Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilən qəddar vandalizm aktı idi. Miqyası baxımından yalnız 1918-ci ilin mart soyqırımı ilə müqayisə oluna bilərdi. Ermənilərin bu qədim türk torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir. Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi, qocalar, qadınlar, uşaqlar süngüdən keçirildi, meyitlərin üzləri, bədən əzaları doğrandı, kəsildi, tanınmaz hala salındı. Başıaçıq, ayaqyalın qarlı çöllərdən qaçıb canını qurtarmaq istəyən xocalılıları erməni faşistləri əvvəlcədən Ağdama gedən yollar üzərində qurulmuş pusqulardan müxtəlif silahlardan atəşə tutdular. Şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı. Hələ bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi. Bir gecədə 106 qadın, 63 uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə hələ də naməlumdur. Şəhər yerləyeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini şikəst edildi. Onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.Ermənilər bu mənzərəni yaratmaqla Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. İgid xocalılıların lokal müqavimətinə baxmayaraq, erməni vandallarının cinayətlərinin qarşısını almaq mümkün olmadı. Çünki o dövrdə Azərbaycan hakimiyyətinin başında qorxaq, iradəsiz, fərasətsiz insanlar dururdu. Onların fərasətsizliyi erməni separatçılarının və havadarlarının torpaq iştahasını daha da artırdı. Azərbaycan Ordusunda vahid komandanlığın yoxluğu faciələrimizə, torpaqlarımızın itirilməsinə səbəb olurdu.Əgər Ulu Öndər Heydər Əliyev fenomeni olmasaydı, kim bilir, bu vandalizm hara qədər davam edəcəkdi. Ona görə də xalq başına gətirilən müsibətdən çıxış yolunu taleyini Heydər Əliyevə tapşırmaqda gördü.Ümummilli Lider respublika rəhbərliyinə gələn kimi ilk addımlarından biri sovet tanklarının, silahlarının yedəyində irəliləyən ermənilərin növbəti hücumlarını dayandırmaq oldu. Xocalı həqiqətlərini dünyaya olduğu kimi tanıtmaq istiqamətində kampaniyaya start verdi. Bu, çox çətin məsələ idi. Çünki ermənilər Qarabağ müharibəsinin təkcə silahlı deyil, həm də siyasi əsaslarını uzun illər qabaq hazırlamışdılar.Gərək nə qədər həyasız millət olasan ki, törətdiyin qətliamları, vandalizmi baçqasının üstünə atasan. Amma ermənilər buna da əl atdılar. Kütləvi qırğından dərhal sonra Xocalıya 32 ölkədən 47 jurnalist dəvət edib xarabazara çevrilmiş şəhəri dünyaya göstərib ağlaya-ağlaya deyirdilər ki, “azərbaycanlılar Xocalını yandırıb getdilər”, “azərbaycanlılar günahsız erməniləri qırdılar”.Belə bir şəraitdə artıq xalqımızı dünyaya vəhşi obrazında təqdim etmiş əsl cinayətkarları tanıtmaq nə qədər çətin idi. Ümummilli Lider yalan məlumatlarla formalaşmış münasibəti öz müdrik siyasi iradəsi sayəsində dəyişə bildi. Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə 1994-cü ilin fevral ayında Azərbaycan Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdi. Milli Məclisin qərarı ilə 26 Fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi.Unutmadıq, susmadıq, and içdik.Torpaqlarımız itirilsə də, soyqırımlara məruz qalsa da, xalqımız bu qətliamlardan, faciələrdən qorxmadı, çəkinmədi. Bu qanlı qırğının törədildiyi vaxtdan illər keçsə də, faciənin dəhşətləri hələ də unudulmayıb, unudulmayacaq da.Nə qədər ki beynəlxalq aləm XX əsrin dəhşətli faciəsi sayılan bu soyqırımına layiqli qiymət verməyib, günahkarlar cəzalandırılmayıb dünya azərbaycanlıları susmayacaq, illər keçdikcə daha möhkəm hayqıracaqlar.Xalqımız dünya ictimaiyyətindən, nüfuzlu beynəlxalq qurumlardan ədalətli qərarlar tələb edir. Haqqın bərpa olunması, cinayətkarların cəzalandırılması uğrunda yorulmaz mübarizə aparır. Bu mübarizənin önündə isə Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev durur.Düzdür, ölkə Prezidentinin, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində artıq dünyanın bir çox ölkəsində Xocalı hadisələri soyqırımı kimi tanınıb. Bu istiqamətdə işlər davam edir.2008-ci ildən, yəni 14 il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” kampaniyası sayəsində dünyanın əksər ölkəsində “Xocalıya ədalət!” sədaları eşidilir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.Bu vaxtadək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Bütün bunlar Prezident İlham Əliyevin daxili və xarici siyasətinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, habelə Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir. Hər il dünya ölkələrinin nüfuzlu nəşrlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində bu gün dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin şəkildə pisləyirlər.Xocalı soyqırımının 20-ci, 25-ci və 27-ci ildönümlərində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azadlıq meydanından “Ana harayı” adibəsinə edilən ümumxalq yürüşləri isə dünyaya səs salıb desək, yanılmarıq.Bu möhtəşəm yürüşlərdə öndə gedən Prezidentin arxasınca yürüyən 70 min insanın ayaq səsləri “Xocalıya ədalət!” hayqırtısı idi. Ali Baş Komandanın iştirakı ilə paytaxtda 3 dəfə keçirilən ümumxalq yürüşü Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsi sayılır.Bu yürüşlər Azərbaycan xalqının sıx birliyini, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini bir daha nümayiş etdirdi. Bu aksiyalar təcavüzkar Ermənistana və onun havadarlarına növbəti mesaj idi – xalq işğalla barışmır, barışmayacaq da. Qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək min bir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağımıza and içmişdik – qisas qiyamətə qalmamalıdır. Qalmadı da…28 il sonra alınan qisasBu qətliamdan 28 il sonra andımız gerçəkləşdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi o andın yerinə yetdiyi savaş kimi Azərbaycan tarixində yeni səhifə açdı. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər.Gücləri yalnız əliyalın insanlara çatan mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər.Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.Müzəffər Ordumuzun Qalib Komandanı İlham Əliyevin müjdələdiyi 8 Noyabr – Zəfər Günündə insanlar əllərində al qırmızı qərənfillər Şəhidlər xiyabanına, Xocalı soyqırımının daşlaşmış əksi – “Ana harayı” abidəsinə, bölgələrimizdəki şəhid məzarlarına ziyarətə axışaraq “Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız, Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb”, – deyib həm kədər, həm də sevinc göz yaşları axıtdılar…Bu gün ötən əsrin soyqırımının 30-cu ildönümünü Xocalının qisasının alındığı gün kimi yad edirik. Soydaşlarımızın başına gətirilən bu müsibəti hayqırır, Xocalı faciəsində yaşananları bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırırıq. Çatdırırıq ki, dünya birliyi qatil xislətli ermənilərin əsl üzünə yaxından bələd olsunlar.Xocalı soyqırımı hər bir azərbaycanlının qəlbində dərin iz salmış qanlı bir yaradır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bu yaranı vuran əli artıq kəsib. Cəmi 44 gün davam edən Vətən müharibəsini tarixi zəfərlə başa vuran Azərbaycan ermənilərin 5 il ərzində işğal etdikləri və 30 ilə yaxın bir müddət ərzində qoruyub-saxlamaq məqsədilə istehkamlar tikdiyi torpaqları geri aldı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Azərbaycanın bu tarixi qələbəsi həm də bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi. Çünki erməni separatizminin utopik “böyük Ermənistan” ideyası, sadəcə, Azərbaycan üçün deyil, həm də bütün region ölkələri üçün əsl təhlükə idi. Amma Azərbaycanın “dəmir yumruğ”u bu təhlükənin qarşısını almaq üçün ən yetərli arqumentdir.Erməni faşistləri artıq İkinci Qarabağ müharibəsinin nəticələrindən ibrət götürməli və bundan sonra əllərinin ardınca başlarından da məhrum olmaq istəmirlərsə, özgəsinin torpaqlarına tamah salmaqdan və ən əsası da terrorçu əməllərindən birdəfəlik əl çəkməlidirlər. Əks təqdirdə qalib sərkərdə kimi Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edən Prezident İlham Əliyevin söylədiyi kimi, istənilən cəhdə qarşı tədbirlər görüləcək, təxribatçılar dərhal cəzalandırılacaq. Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan Prezidenti söylədiyi fikirləri reallığa çevirən liderdir. Əgər bundan sonra separatçı, revanşist qüvvələr baş qaldırsa, nəticəsi onlar üçün çox ağır və acı olacaq.
26.02.2022
AHİK-in rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib
Fevralın 26-da bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 30-cu ildönümüdür.Bununla əlaqədar olaraq, fevralın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi hadisə qurbanlarının şərəfinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.Abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.1-4.jpg 191.38 KBE21A0789-1.jpg 205.82 KB2-4.jpg 238.86 KB
25.02.2022
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib. Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Əvvəlcə Xocalı faciəsi qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən danışıb.Onun sözlərinə görə, ermənilərin millətçi-şovinist siyasətinin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur: “Azərbaycan toponimlərini dəyişmək, münbit əraziləri ələ keçirmək, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmaq şovinist erməni xislətinin əsas əlamətləridir. Onlar əsasən keçid dövrlərini, siyasi kataklizmləri özləri üçün əlverişli hesab etmiş və müəyyən təxribatlar, ağır cinayətlər törətmişlər”.AHİK sədri qeyd edib ki, ermənilər sovet hakimiyyəti dövründə - 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilməsinə məkrli planları ilə nail olmuşlar.O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edərkən ermənilərin Qarabağa olan iddialarının qarşısını qətiyyətlə alırdı: “Müdrik siyasəti, qabaqlayıcı tədbirləri, Qarabağda gördüyü abadlıq-quruculuq işləri və mədəni tədbirləri ilə ermənilərin qərəzli planlarını alt-üst edirdi. Nə qədər cidd-cəhd etsələr də, öz çirkin istəklərinə nail ola bilmirdilər. Ulu öndər Möskvada sovet rəhbərliyində təmsil olunan zamanlarda da ermənilərin əsasız iddialarının qarşısında sipər çəkmişdi, onlar səslərini belə çıxara bilmirdilər. Təəssüflər olsun ki, Heydər Əliyev böyük siyasətdən xəyanətkarcasına uzaqlaşdırıldıqdan cəmi 25 gün sonra Qarabağ məsələsi yenidən ortaya atıldı və alovlanmağa başladı”.“Xocalı faciəsi yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət idi. Ermənilər tərəfindən məqsədli şəkildə törədilmiş bu qanlı cinayət hadisəsi Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi çox ağır və dəhşətlidir. Faciənin nəticələrindən belə qənaətə gəlmək olur ki, burada ermənilərin əsas məqsədi Xocalını yer üzündən silmək olub. Bu vəhşi əməliyyatda ermənilərlə yanaşı, Xankəndindəki 366-cı alayın 3 batalyonu, habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar da yaxından iştirak etmişdilər. Hadisənin təşkilatçıları və ümumiyyətlə, birbaşa Xocalı soyqırımını törədənlər Robert Koçaryan, Serj Sarkisyan və digərləri olmuşlar. Hansı ki, bu cinayətkarlar, əlləri minlərlə dinc azərbaycanlının qanına bulaşmış qatillər uzun illər Ermənistana rəhbərlik etmişlər”, - S.Möhbalıyev bildirib.Xocalı faciəsinə ilk siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini xatırladan Milli Məclisin deputatı bildirib ki, məhz onun 1994-cü ildə imzaladığı fərmanla 26 fevral - Xocalı Soyqırımı və Milli Matəm Günü elan olunmuşdur.“2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası uğurla davam etdirilir. Kampaniya Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu qanlı faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında əhəmiyyətli rol oynayır, artıq bir sıra ölkələrdə bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir”, - S.Möhbalıyev deyb.Bu vaxtadək Xocalı soyqırımı ilə bağlı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələrinin qəbul edildiyini qeyd edən Konfederasiya sədri faciənin ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanındığını əlavə edib: “Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin, habelə Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir”.“Azərbaycan həmkarlar ittifaqları da Xocalı soyqırımı ilə bağlı keçirilən kampaniyalarda, tədbirlərdə yaxından iştirak edir, öz dəstəyini göstərir. Həmçinin müxtəlif vaxtlarda Xocalıdan olan məcburi köçkünlərə maliyyə dəstəyi də göstərmişik”, - AHİK sədri vurğulayıb.“Bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Çünki uğrunda can verdikləri Vətən torpağı bu gün azaddır. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızı cəmi 44 gündə azad etdi. Babalarımızdan bizə miras qalan “Güc birlikdədir”, “Birlik olmayan yerdə dirilik də olmaz” kəlamlarını əsas tutaraq Ali Baş Komandanın ətrafında dəmir yumruğa dönən xalqımız qələbəmizin əsas təminatçısı oldu. İnanırıq ki, Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi möhkəm birlik əbədi olacaq, bizi növbəti, daha böyük qələbələrə sövq edəcək”, - S.Möhbalıyev fikrini belə tamamlayıb.274850685_4875257789195780_4924847891090641153_n.png 529.09 KB274713403_4875257035862522_9055378268408973608_n.png 405.81 KB274717108_4875258165862409_4391395132770525760_n.png 405.22 KB
24.02.2022
AHİK sədri Səttar Möhbalıyev Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin yubiley tədbirində iştirak edib
Fevralın 24-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin 30 illiyi münasibətilə yubiley tədbiri keçirilib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi Liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.Otuzillik yubiley münasibətilə daimi nümayəndəliyin kollektivini və tədbirdə iştirak edən qonaqları təbrik edən Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov giriş nitqi ilə tədbiri açaraq rəhbərlik etdiyi daimi nümayəndəliyin yaranma tarixi, keçdiyi çətin və mürəkkəb yol, fəaliyyət istiqamətləri barədə ətraflı çıxış edib.Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev çıxışında Naxçıvanın geosiyasi mövqeyi, blokada şəraitində yaşadığı üçün respublikamızın paytaxtı ilə əlaqələrinin yaradılmasında rahatlığın təmin olunması məqsədilə yaradılan Daimi Nümayəndəliyi, doğrudan da, ulu öndər Heydər Əliyevin böyük mənaya malik olan əsəri kimi dəyərləndirib. Prezident İlham Əliyevin və Vasif Talıbovun müasir Naxçıvanın inkişafında xüsusi xidmətlərini yada salan AHİK sədri Naxçıvanın daimi nümayəndəliyinin respublikamızda çoxşaxəli fəaliyyətini, onun nüfuzunun artmasını ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa diqqəti ilə əlaqələndirib. Deputat eyni zamanda 30 illik yubiley münasibətilə kollektivi təbrik edib.sedr-nm-1.jpg 408.7 KB164570012349928555_1000x669.jpg 402.58 KB16457001255138950646_1000x669.jpg 327.47 KB
24.02.2022
Bizimlə əlaqə