Qax rayonunda “Şuşa ili”nə həsr olunmuş mini futbol yarışı keçirilib. ATİAHİ Qax rayon komitəsi və Qax rayon Təhsil Şöbəsinin birgə təşkil etdiyi mini futbol yarışında 6 komanda iştirak edib. Yarışın nəticələrinə görə ilk 3 yeri tutmuş komandalara fəxri diplom və qiymətli hədiyyələr təqdim edilib. Təqdimatda iştirak edən ATİAHİ Qax rayon komitəsinin sədri Təranə Həşimova “Şuşa ili”ndə görüləcək işlərdən danışıb. Bildirib ki, 2022-ci ilin “Şuşa İli” elan olunması həm Şuşamızın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verəcək. Bununla bağlı rayon komitəsi tərəfindən də il ərzində müxtəlif tədbirlər təşkil olunacaq.