Qaxda təhsildə nailiyyətlər əldə etmiş məktəblilərlə görüş keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə təhsil sektorunda 2021-2022-ci tədris ili üzrə təşkil olunmuş respublika və beynəlxalq səviyyəli müsabiqə və yarışlarda qalib olmuş, eləcə də ümumtəhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yaxşı nəticə göstərmiş şagirdlərlə görüş keçirilib.
Görüşdə iştirak edən ATİAHİ Qax rayon komitəsinin sədri Təranə Həşimova təhsildə qazandığı uğurlara görə, şagirdləri təbrik edib, onlara gələcək işlərində və təhsil sahəsində böyük nailiyyətlər arzulayıb. Bildirib ki, ölkəmizin gələcək inkişafı onların müasir elmi biliklərə mükəmməl yiyələnməsindən, Vətənə sədaqətlərindən, dövlətimizə və dövlətçiliyimizə xidmətlərindən asılı olacaq: “Ona görə də gənclərimiz bu gün həm özləri üçün, həm də ölkəmizin gələcəyi üçün faydalı işlə məşğul olmalıdırlar. Faydalı iş isə hazırda onlar üçün təhsildir. Təhsilə məsuliyyətlə yanaşmaq lazımdır”.
Sonda məktəblilərə Fəxri fərman və hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo