Qaxda təhsildə fərqlənən şagirdlər mükafatlandırılıb
Təhsilalanların uğurlarının dəstəklənməsi və rəğbətləndirilməsi məqsədilə ATİAHİ Qax rayon komitəsinin dəstəyi ilə şəhər N.Allahverdiyev adına 2 № məktəb-liseyin şagirdləri arasında olimpiada, müsabiqə, yarış qaliblərinin diplom və qiymətli hədiyyələrlə təltif edilməsi mərasimi keçirilib.
Mərasimdə Qax rayon komitəsinin sədri Təranə Həşimova, Rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən T.Həşimova əldə etdikləri müvəffəqiyyətlərə görə təbrik etmiş, onlara təhsil sahəsində və gələcək həyatlarında uğurlar arzulayıb.
Şagirdlər göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo