Qaxda “Şuşa ili” çərçivəsində tədbir keçirilib

Qax rayonunda “Şuşa ili” çərçivəsində “Əziz Şuşa, sən azadsan” adlı tədbir keçirilib.
Şəhər N.Allahverdiyev adına 2 №-li məktəb-liseydə təşkil olunan tədbir ATİAHİ Qax rayon komitəsi, YAP Qax rayon təşkilatı və məktəbin valideyn komitəsinin təşkilatçılığı ilə baş tutub. İştirakçılar əvvəlcə şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra təşkilatçılar “Şuşa ili” çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrdən, görülən işlərdən, Şuşa şəhərinin azad olunmasında əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən və siyasi nailiyyətlərindən danışıblar. Şəhid valideyinləri övladları ilə bağlı xatirələrini bölüşüb, qazilər keçidikləri döyüş yolundan bəhs ediblər.
Sonda şəhid ailələrinə və qazilərə xatirə hədiyyələri təqdim edilib, fotolar çəkdirilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo