Qaxda məktəblilər arasında mini futbol yarışı keçirilib

ATİAHİ Qax rayon komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məktəblilər arasında mini futbol yarışı keçirilib.
Turnirdə 6 komanda mübarizə aparıb, I, II və III yeri tutan komandalar mükafatlandırılıb.
Mükafatlandırma mərasimində çıxış edən rayon komitəsinin sədri Təranə Həşimova öncə Ulu Öndər Heydər Əliyevin xilaskar missiyalarından söz açıb. Bildirib ki, Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir: “Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir”.
Sonra T.Həşimova qalib komandalara təbriklərini çatdırıb, onlara daha böyük uğurlar arzulayıb və Qax rayon UGİŞM-in rəhbərliyi ilə birgə qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo