Qax rayon məktəblərində qadınlar bayramı münasibətilə silsilə tədbirlər keçirilib
ATİAHİ Qax rayon komitəsi tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar rayonun ümumtəhsil məktəblərində və uşaq bağçalarında silsilə tədbirlər təşkil olunub.
Qadın müəllimlərin iştirak etdiyi tədbirlərdə əsasən ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında qadınlarımızın misilsiz rolundan, müqəddəs ana şərəfini uca tutmasından, mübarizliklərindən, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirmələrindən danışılıb.
Keçirilən tədbirlərdə iştirakçılara – qadın müəllimlərə, tərbiyəçilərə, işçilərə müxtəlif qiymətli hədiyyələr paylanılıb. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo